24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Maksim Medvedev: "Biz təcrübəli oyunçular həyəcanlı oluruqsa..."

"Qarabağ" Avropa Liqasının II turunda öz İngiltərənin “Arsenal” klubuna 0-3 hesabı ilə məğlub olub. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra “Qarabağ”ı oyuna kapitan kimi çıxaran Maksim Medvedev jurnalistlərə müsahibə verib.
 
- Məğlub olsaz da, komandanın üzvləri müsbət ab-havadadır.
 
- Düşünürəm ki, “Qarabağ”dan rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsena”la bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi, onları bura gətirmişik. Azarkeşlər belə nəhəngi gördülər, maraqlı oyun izlədilər
 
- Erkən qol nəticəyə təsit etdi?
 
- Bu, bir az da kuryoz qol oldu. Diqqətsizlik baş verdi. Futbolda hər şey baş verə bilər. Çalışdıq biz oynayaq, amma rəqib 2-3 hücuma keçdi və qol vurdu.
 
- İlk hissədə Aleks İvobiylə mübarizələrdə çətinlik yaşayırdın. Amma fasilədən sonra onun əl-qolu bağlandı.
 
- Deməzdim ki, çətinlik oldu. Aleksin fərdi ustalığı güclüdü. İrəli xəttə də gedirdim. Buna görə də bir az çətinlik yaşayırdım. Gücümü çox sərf etdim.
 
- Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk ediləndə fitə basıldı. Buna münasibətin necədir?
 
- Fitə basmağı yaxşı qarşılamıram. Mahir gəncdi. Ona təzyiq etsələr, potensialını ortaya qoya bilməyəcək. Ona dəstək olmaq lazımdır. 21 yaşında “Arsenal”a qarşı oynamaq hər futbolçuya nəsib olmur. Biz təcrübəli oyunçular biz az həyəcanlı oluruqsa, gənclərə dəstək vacibdir. Özilə gəlincə, o, böyük futbolçudur. Yəqin ki, çoxlu fanatları var. Həm də Türkiyə əsillidir.
 
- Rəqiblə forma dəyişdin?
 
- Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Fanatlarımıza təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30