28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Unai Emeri: "Qarabağ" bizə çox çətinliklər yaratdı"

“Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ” üzərində 3-0 hesabı ilə qələbə qazandıqları oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bildirib. Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis öncə matçla bağlı danışıb:
 
 
- Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq. “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq.
 
- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?
 
- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də, akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.
 
- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?
 
- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. Rəqib “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin, “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahat qələbə qazanaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31