23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vaqner: "Ümid edirəm ki, "Arsenal"la matçda müsbət nəticə olacaq"

"Qarabağ"ın qapıçısı Vaqner da Silva "Arsenal"la görüşdən öncə müsahibə verib.
 
Futbolxeber.az məlumatına görə, braziliyalı kiperin müsahibəsini təqdim edir:
 
 
- "Arsenal"la matça ciddi kökləndiyin görünür. Bu motivasiyanı hardan almısan? "Arsenal" verib, yoxsa Bakı Olimpiya Stadionu?
- Uşaqlıdan məndə bu motivasiya var. Ümumiyyətlə, uşaqlıqda nə qazanmışamsa, bu, futbolun sayəsində olub. Ona görə də hər gün sanki ona qarşılığını vermək istəyirəm deyə belə canfəşanlıq edirəm. Həmişə xoşbəxtəm, həmişə meydançaya çıxanda motivasiyalı oluram. Əsas səbəb bununla bağlıdı
 
- Necə düşünürsən, qarşılaşmadan sonra da belə gülərüz ola biləcəksən?
- Müsbət nəticə olacaqsa, əlbəttə. Ümumiyyətlə, adi bir oyun olanda da, qələbəylə, müsbət nəticəylə bitəndə də sevincli, xoşbəxt olursan. Ümid edirəm ki, "Arsenal"la matçımızda da müsbət nəticə olacaq. Çünki belə möhtəşəm stadion bizə dəstək olacaq və bunun sayəsində istəyimizə çatarıq.
 
- Motivasiyanı başa düşdük, stadionda anşlaq olacağı gözlənilir. Bəs bunları kənara qoyaraq məsələyə real yanaşsaq? Rəqib "Arsenal"dı hər halda, adı gələndə adamın dizləri əsir. Xal qazanacağımızı gözləyirsən?
- Aydın məsələdir ki, rəqib "Arsenal"dı. Təbii ki, onlara böyük hörmətlə yanaşırıq. Ancaq əvvəlki müsahibələrimdə də demişəm ki, heç vaxt rəqibin futbolkasına fikir vermirik. Əsas gördüyümüz işə güvənirik. Necə işləyiriksə, necə çalışırıqsa, əsas onun nəticəsidi. İstənilən halda, "Arsenal" güclü rəqibdi, ancaq futbolkaya önəm vermirik.
 
- Futbolkadan danışmışkən, "13 nömrə"li formanı geyinirsən. 13 isə nəhs rəqəmdi. Rəqiblərə qarşı nəhs geyinirsən ki, qapısı qıfıllansın?
- Ümumiyyətlə, formamdakı nömrəyə elə fikir verən deyiləm. Sadəcə, komandada boş qalan nömrə bu idi. Ona görə də bu nömrəni seçdik. Ümumiyyətlə, bu gün qapıçıların əksəri "13 nömrə"ni seçirlər.
 
- Yeri gəlmişkən, baş məşqçin Qurban Qurbanov karyerasının sonuna yaxın məhz "13 nömrə"ylə çıxış edirdi...
- Doğrudan? Onun oyununu Azərbaycan milli komandasına görmüşəm. Yadımdadı, kapitan idi və millinizə braziliyalı Karlos Alberto Torres baş məşqçilik edirdi.
 
- Arsenal"ın əsas qol ümidlərindən olan Pyer-Enerik Obameyanq 3 il öncə Avropa Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sının heyətində "Qəbələ"ylə Bakıdakı oyunda het-trik edib, hətta qol vurduğu topu özü ilə Almaniyaya aparıb. Qabonlu hücumçunun bu dəfə qol arzusunu gözündə qoya biləcəyikmi?
- Çox yaxşı hücumçudu. Ancaq rəqibdə fərdi olaraq kiməsə hazırlaşmırıq. Ümumiyyətlə, "Arsenal"a qarşı hazırlaşırıq. Konkret bir futbolçunu fikirləşmirik ki, məhz onu tutmalıyıq, zərərsizləşdirməliyik.
 
- Məşqinizdə çağırılmamış qonaq - pişik vardı. Pişik də uğur gətirən heyvandı, bayaqdan başına fırlanır. Deyəsən, "Arsenal"ın uğurunu bu pişik aparacaq.
- (gülür) Ümumiyyətlə, heyvanlar təbiətin bizə nemətidi. Düşünürəm ki, heç bir heyvan uğur gətirə bilər. (sport24.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30