28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Medvedev: "Hamımız bir olsaq, nəticə qazana bilərik"

"Bizi maraqlı oyun gözləyir. Özümüz də bu oyunu gözləyirik. Özümüzü sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini oynayaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirib yaxşı nəticə qazanaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

O, "Arsenal" haqda fikirlərini də bildiirb: "İngiltərə futbolu yüksək səviyyədədi, hər-tərəfli güclüdülər. “Atletiko” ilə oynayanda fikirləşirdik ki, texnikalıdılar. “Arsenal” elədi ki, həm fiziki, həm texniki, həm də sürətlidilər. Ona görə də hazır olmalıyıq. Biz Azərbaycan çempionatında oynayırıq. İldə bəlkə bir dəfə belə oynayırıq. Daim bu cür komandalara qarşı oynasaydıq, “Arsenal”a qarşı oyunumuz daha yüngül alınardı.

Futbolda dəyişmək məsələsindən uzağam. Çünki utanıram. Ola bilər paltardəyişmə otağında dəyişim. Kolleksiya yığmıram, həvəsim yoxdu. Güclü futbolçulara qarşı oynamışam, amma heç kimin arxasınca düşüb futbolka almaq istəmirəm.

Hamımız birlikdə olsaq, fikrimiz, istəyimiz bir olsa yaxşı nəticə qazana bilərik. Ağır oyun olacaq, əsas odu ki, təzyiq altında oynamayaq. Amma bəzi futbolçuların karyerasında ola bilsin bir dəfə belə oyun olsun”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31