28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Simeone yenə "Qarabağ"ı xatırladı

“Çempionlar Liqasında asan rəqib olmur. Futbolçularımız oyun zamanı onlara yalan demədiyimi görəcəklər. Bizim yaxşı oyunçularımız ola bilər, lakin rəqib komanda da özünə inanır”.
 
Futbolxeber.az saytınn məlumatına görə, bunu İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda Belçika “Brügge”si ilə evdə keçirəcəkləri oyundan əvvəl mətbuat konfansında deyib.
 
Argentinalı mütəxəssis, futbolçularına ötən mövsüm “Qarabağ”la görüşlərdə xal itkisinə yol verdiklərini xatırlatmağa gərək yoxdur. Argentinalı baş məşqçi İspaniya La Liqasının IV turunda evdə “Eybar”la 1:1 hesablı heç-heçə etdikləri oyundan nəticə çıxardıqlarını vurğulayıb: “Futbolçulara “Qarabağ”la qarşılaşmalarımızı xatırlatmalı olduğumu düşünmürəm. Onlar rəqibin də yaxşı oynadığını bilirlər. “Eybar”la oyundan bəri komandada irəliləyiş var. “Monako” ilə görüşdə də bunu gördük. Biz əvvəlki kursumuzu davam etdirməliyik. İdeal oyunumuzu tapmaq üçün müdafiə və hücumda komanda şəklində çıxış etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31