20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Serb qapıçı: "Qarabağ" "Arsenal"ı məğlub edə bilər, oxşar futbol oynayırlar"

“Qarabağ”ın sabiq qapıçısı Boyan Şaranov Futbolxeber.az saytına açıqlama verib.

“Lamiya” klubunun qapısını qoruyan serbiyalı kiper “Qarabağ”ın Avropa Liqasında “Arsenal”la görüşü uğurlu nəticə ilə başa vuracağına inandığını bildirib: “Ümidvaram ki, “Qarabağ” “Arsenal”ı Bakıda məğlub edəcək. Qələbə alınmasa belə, bir xal da pis nəticə sayılmamalıdı. “Arsenal” ötən mövsüm Avropa Liqasında oynayırdı. Həmin vaxtı əsasən ikinci heyətlə oynayırdı. Ona görə də bu “Qarabağ” üçün yaxşı şans ola bilər. Bu oyunu izləmək mənim üçün də maraqlı olacaq”.

Serbiyalı kiper “Qarabağ” və “Arsenal”ın oxşar komandalar olduğunu bildirib: “Oyunu özüm də izləyəcəm. Amma stadiondan yox, evimdə. “Qarabağ” və “Arsenal” oyun stilinə görə bir-birinə çox oxşayır. Çünki hər iki komanda balaca paslar edib, rəqibin cərimə meydançasına yaxınlaşmağı çox sevir. Çox maraqlı oyun olacağını düşünürəm. Ümid edirəm ki, qalib gələn tərəf “Qarabağ” olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30