29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Düşünmürəm ki, "Qarabağ"ın avrokuboklarda oynaması "Neftçi" üçün əlavə üstünlükdü"

"Neftçi" və "Xəzər Lənkəran"la yanaşı, milli komandamızın da şərəfini qorumuş Nadir Nəbiyev Futbolxeber.az saytına müsahibə verib. O, həm Bakı təmsilçisinin çıxışını dəyərləndirib, həm də milli komandamızın qarşıdakı Farer adaları və Malta ilə görüşləri barədə fikirlərini söyləyib:
 
 
- Sabiq komandan olan “Neftçi” hazırda Premyer Liqada iki liderdən biridi. Bu komandanın çıxışı necə dəyərləndirirsən?
 
- “Neftçi” son illərin ən uğurlu startını götürüb. Əvvəlki illərə nisbətən bugünki gündə məğlubiyyəti də yoxdu. Görünən odu ki, komandada irəliləyiş var. Burada tək komandadan söhbət getmir. Baş məşqçinin arxasında dayanan rəhbərlikdən də söhbət gedir. Rəhbərliyin də əməyi var, onlar baş məşqçiyə və futbolçulara dəstək verir. Təbii ki, azarkeşlər də öz töhvəsini verir.
 
- “Neftçi”nin çempionluq şanslarını necə görürsən? Səncə, Roberto Bordin komandanın çempion edə biləcək?
 
- Bu mövsüm çempionluq uğrunda mübarizə “Neftçi” və “Qarabağ” arasında gedəcək. Son oyunlara baxsaq, gözəçarpan komanda yoxdu. Əvvəllər “Qəbələ” idi. Ancaq onlar da son oyunlarda çox xallar itirib. Düzdü, qarşıda çox oyun var. Sadəcə indidən də görünən budu ki, çempionluq elə “Neftçi” və “Qarabağ” klubları arasında gedəcək.
 
- “Qarabağ”ı qabaqlamaq üçün nə etmək lazımdı? Uzun illər sonra Ağdam klubunun hegemonluğuna son qoyulacaq?
 
- “Neftçi”nin heyətində kifayət qədər futbolçu olsa, zədəlilərin sayı az olsa, komanda oyununu artırsa çempionluq uğrunda mübarizə aparacaq. Deyə bilmərəm ki, “Qarabağ”ı üstələyəcəklər yayox. Çünki “Qarabağ” illərdi öz oyun üslubu ilə seçilən komandadı, stabil heyəti var. Amma hər şey ola bilər, dəqiq bir şey deyə bilməyəcəm.
 
- “Qarabağ” minimum qışa qədər iki cəbhədə mübarizə aparacaq. Bunu “Neftçi” üçün üstünlük hesab etmək olar?
 
- “Qarabağ” nə qədər çox oyun oynayırsa, o qədər çox artırır. Onların oyununda inkişaf gedir. İnanmıram ki, avrokubok amili “Qarabağ”a təsir etsin. Düşünmürəm ki, “Qarabağ”ın avrokuboklarda oynaması “Neftçi” üçün əlavə şansdı. Müəyyən qədər yorğunluq ola bilər, zədəli oyunçu ola bilər, vəssalam. Ancaq hər hansı üstünlükdən söhbət gedə bilməz.
 
- “Neftçi”nin hazırkı heyətində daha çox hansı oyunçunun oyununu bəyənirsən?
 
- Desəm ki, “Neftçi”də hər hansı oyunçunu xüsusi olaraq bəyənirəm, yalan olar. Amma hiss olunur ki, əvvəlki illərə nisbətən Mirabdulla Abbasovun oyununda irəliləyiş var. Azərbaycanda hücumçu qıtlığı var. Belə bir vəziyyətdə Mirabdullanın artırması, önə çıxması sevindiricidi.
 
- Milli komandamızın da şərəfini qorumusan. Yığma komandamızı qarşıda Farer adaları və Malta ilə görüşlər gözləyir. Bu iki görüşdən altı xalla ayrıla bilərik?
 
- Millimiz son oyunlarda göstərdiyi oyunları ilə qələbəyə layiq idi. Rəqibləri üstələmişdi, epizodlar var idi. Ümid edirəm ki, millimiz maksimum nəticələr qazanıb, şanslarını artıracaq. Yeni formalaşmış komandadı, yeni futbolçular gəlib. O baxımdan çətinlik oldu. Ümid edirəm ki, qarşıdakı oyunlarda göstərəcəyi futbolla çətinlikləri geridə qoyduğunu göstərəcək.
 
 
- Son vaxtlar Rüfət Dadaşovun milli komandamıza dəvət olunub-olunmayacağı müzakirə olunur. Necə düşünürsən, Almaniya üçüncü liqasında uğurlu çıxışı Dadaşovu milliyə gətirəcək?
 
- Bu məşqçilər korpusunun seçimidi. Amma məşqçilər korpusunun da seçimi geniş deyil. Önə çıxan elə bir hücumçumuz yoxdu, barmaqla sayacaq qədər hücumçumuz var. Rüfət Dadaşov milliyə xeyir verəcək hücumçudu, amma ən yaxşısını məşqçilər korpusu bilir. Məncə, Dadaşov milliyə xeyir verə bilər.
 
Söhbətləşdi: MİRBAĞIRAĞA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31