25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Farer adalarının baş məşqçisi: "Azərbaycan favoritdi"

"Millətlər Liqasında startımız elə də uğurlu alınmadı. Ona görə də qarşıdakı 2 oyunda yaxşı nəticə qazanmaq lazımdır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen yerli mətbuata açıqlamasında deyib. Oktyabrın 11-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Kosovo ilə keçirəcəkləri oyunlarla fikirlərini açıqlayan danimarkalı mütəxəssis hər iki matçın ağır olacağını bildirib:
 
"Düşünürəm ki, Azərbaycan və Kosovo ilə mübarizə aparmaq gücündəyik. Xüsusilə ilk oyuna ümidim böyükdür. Evdə, doğma azarkeşlərimiz önündə oynayacağıq. Azərbaycan güclü komandadır. Onlar Kosovo ilə birlikdə qrupun əsas favoritləridir. Ona görə də bizim üçün çətin olacaq".
 
Oktyabrın 11-də "Torsvollur" stadionunda  keçiriləcək Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30