19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Kamran Ağayev dünya birincisi seçildi

Dünya səviyyəli mərc kontoru "Bwin" 2014-cü il Dünya Çempionatının seçmə mərhələ oyunlarında qeydə alınan ən gözəl qapıçı seyvlərinin seçiminin yekun nəticəsini elan edib. Futboxleber.az-ın məlumatına görə, seçimə əsasən, Bakı" futbol klubu və Azərbaycan milli komandasının üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb. Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub.

"Top-10" adlı "ilk onluq"da Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan milli komandalarının qapıçıları yer alıb.

10-cu pilləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, eston kiper Sergey Pareyko (Türkiyə-Estoniya) doqquzuncu, Gürcüstan millisinin qapıçısı Giorgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisinin qolkiperi Jonatan Joubert (Lüksemburq-Portuqaliya) beşinci pilləyə sahib çıxıblar.

Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya) qismət olub.

Fin qapıçı Lukas Hradeski (Finlandiya-Fransa) üçüncülüyə sahib çıxıb. Gürcüstan yığmasının kiperi Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb.

Azərbaycan milli komandası və "Bakı" futbol klubunun qapıçısı Portuqaliya - Azərbaycan oyununda qaytardığı mükəmməl toplarla diqqətləri cəlb edib və onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top müvafiq sıralamada ilk pilləyə layiq görülüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30