28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Milliyə dəvət olunmaq? Qurban Qurbanovun verəcəyi qərardı"

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev Futbolxeber.az saytına açıqlama verib. Əliyev "Zirə" ilə görüşü dəyərləndirib: 
 
"Ağır oyun alındı. Həm rəqibimiz çətin idi, həm də sünii örtüklü meydanda keçirdik. Amma şükür Allaha zədəsiz başa vurduq oyunu və qalib gəldik. Hər oyuna necə hazırlaşırıqsa, bu görüşə də elə hazırlaşmışdıq. "Zirə"nin itirəcəyi heç nə yoxdu. Yaxşı oyun getdi, qol vurub sona qədər qapımızın toxunulmazlığını saxlaya bildik. Ardıcıl ikinci qələbəmizi qazandıq. İstəyirik ki, davamını gətirək. "Səbail"lə görüşdə də uğurlu nəticə istəyirik. Ağır olacağını bilirik, "Səbail" yaxşı komandadı. 
 
"Milliyə dəvət olunmaq?Vallah nə deyim. Hər oyuna  çıxanda, öncə klubumuzu düşünürük, yaxşı oyun göstərib, yaxşı nəticə qazanaraq yuxarı pillələrə qalxmaq istəyirik. Milliyə də dəvət olunaramsa, çox sevinərəm. Qurban Qurbanovun verəcəyi qərardı, dəvət gəlsə çox sevinərəm. Dəvət gəlməsə, öz üzərimizdə çatışmayan cəhətləri təkmilləşdirərik" - deyə, Şəhriyar Əliyev fikirlərini yekunlaşdırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31