19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Mövsümün ilk avtoqolu

Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, VI turun “Sumqayıt” - “Zirə” (1:0) matçına təsadüf edib. Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub.

Ümumilikdə isə “Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib.

Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev (“Sumqayıt”), ötən çempionatda isə Jozef Bum (“Zirə”) belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, “Sumqayıt” - “Zirə” görüşündə qol ilk olaraq “Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən  matçın yekun protokolunda dəyişiklik edilib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30