25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran"dan "Neftçi"yə təzə keçəndə mənə etiraz edirdilər"

Bu gün "Neftçi”nin veteran futbolçusu, "Neftçi-2” komandasının məşqçisi Rəşad Abdullayevin doğum günüdü. 1981-ci ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 2009-2012-ci illər ərzində "Neftçi”nin heyətində çıxış edib və iki dəfə (2011, 2012) Azərbaycan çempionatının qalibi olub. Futbolxeber.az-ın məlumatına görə, səbəbkar klubun rəsmi saytına danışıb:
 
 
- Doğum gününüz mübarək, Rəşad müəllim! "Neftçi”yə qayıdışınızdan sonra ilk doğum gününüzdür. Futbolçu kimi "Neftçi”də bu əlamətdar günü necə qeyd edirdiz?
 
- Təbrikə görə çox sağ olun! Bilirsiz ki, futbolçu həyatını yaşayanda çox vaxt evdə olmursan və təbii ki, ad gününü də komanda ilə keçirirsən. Yadımdadır, 2011-ci il sentyabrın 30-da rəhmətlik Böyükağa Hacıyevin rəhbərliyi altında "Simurq”a qalib gəlmişdik. Gecə vaxtı Bakıya qayıdırdıq, qələbəni qeyd edirdik. Saat 12-ni keçəndən sonra isə artıq mənim doğum günümü qeyd etməyə başladıq.
 
- "Neftçi”də iki dəfə ölkə çempionu olmusuz...
 
- Mən hər müsahibəmdə, hər bir söhbətdə həmişə deyirəm ki, "Neftçi” mənim üçün xüsusi bir klubdur. Qəlbimdə öz yeri var və həmişə olacaq. Futbolçu kimi burada yetişmişəm. Uşaq və gənc vaxtlarımda burada oynamışam. Sonradan yenə komandaya qayıtdım. Bu dəfə "Xəzər Lənkəran”da oynayandan sonra.
 
- Dediyiniz kimi, "Xəzər Lənkəran”da da oynamısız. Amma bir əzəli rəqibin düşərgəsindən digərinə keçməyinizə baxmayaraq, hər iki komandanın azarkeşlərinin hörmətini qazanmısız...
 
- Həmişə demişəm ki, hamıya hörmətlə yanaşmaq lazımdır ki, özün də hörmətli olasan. Futbolda hər şey ola bilər, ona görə də hamı ilə yaxşı münasibəti qoruyub saxlamaq lazımdır. Düzdür, Lənkərandan "Neftçi”yə təzə keçəndə, oradakı azarkeşlər mənə etiraz edirdilər. Onları anlayırdım, cavab vermirdim, hörmətlərini saxlayırdım. Bunu "Neftçi”nin azarkeşləri də görürdü. Bu komanda üçün çalışırdım. Onların rəğbətini qazandım. Amma indi bəzi oyunçular bir klubda formalaşır, tanınmış olurlar, sonra başqa komandaya keçib deyirlər ki, ən sevdiyim komandadayam...
 
- "Neftçi-2”də gənc futbolçulara nəyi çatdırmağa çalışırsız?
 
- Gənclərə hansı klubda oynadıqlarını çatdırmağa çalışırıq. "Neftçi”nin öz tarixi və əminəm ki, daha parlaq gələcəyi var. Düzdür, son illər komandamız üçün o qədər də uğurlu olmayıb, amma hazırda "Neftçi” düzgün yoldadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30