29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dilan Duventru: "Samir Abasovu başa düşmək olar"

"Çətin oyun keçdi. Matçdan öncə ümid edirdik ki, çempionatdakı ilk qələbəmizi qazanacağıq. Əfsuslar olsun ki, yenə də bizdə alınmadı. Düşünürəm ki, azacıq yorğunluq vardı. Növbəti oyunlarda maksimum nəticə üçün əlimizdən gələni edəcəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Dilan Duventru "Sumqayıt"a məğlubiyyətdən sonra deyib. O, görüşü belə dəyərləndirib:
 
"Qarabağ"la oyunda bugünkü matça nisbətən daha yaxşı oynamışdıq. Yorğunluq da öz sözünü dedi. İlk dəfə yeni sistemlə - 5 müdafiəçi ilə oyuna çıxdıq. Məncə, bunun da müəyyən qədər rolu oldu. Vüqar Mustafayevin zədələnməsi də oyunun gedişinə mənfi mənada təsir etdi.
 
"Baş məşqçimizin oyun zamanı məni tez-tez səsləməsini yaxşı mənada qəbul edirəm. Komandada məndən başqa da bir neçə nəfər var ki, biz daha geniş təcrübəyə malik oyunçularıq Bu cür çətin vəziyyətlərdə daha çox məsuliyyəti öz üzərimizə götürməliyik. Samir Abasovu başa düşmək olar, normal qəbul edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31