29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Araz Abdullayev: "Arsenal"la oyunda əlimizdən gələnin ən yaxşısını etməliyik"

"Çətin qarşılaşma oldu. İkinci hissədə qələbə qollarını vura bildik. "Sabah" çox yaxşı komandadır. Sona qədər mübarizə apardıq. Çox sevinirik ki, belə çətin səfər görüşündə 3 xal qazandıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasının VI turunda səfərdə "Sabah"a qalib gəldikləri matçdan sonra deyib. 
 
Yarımmüdafiəçi fərqli mövqedə oynamasına münasibət bildirib: "Baş məşqçi harda görmək istəyirsə, o mövqedə əlimdən gələni edirəm. Bacardığım qədər komandaya kömək etmək istəyirəm. Düzdür, mənim mövqeyim deyil. Amma bacardığım qədər çalışıram".
 
Milli komandamızın üzvü oyundan-oyuna keçmiş formasını qaytarmağa çalışdığını söyləyib: "Hər tur keçdikcə özümü yaxşı hiss edirəm".
 
Abdullayev Avropa Liqasının qrup mərhələsinin ikinci turunda doğma meydanda "Arsenal"a qarşı keçirəcəkləri matç haqda danışıb: "Arsenal" dünya səviyyəli komandadı. Çalışacağıq ki, xalqımızı sevindirək. Çempionatda bir neçə oyundu qalib gəlirik. "Arsenal"la oyunda əlimizdən gələnin ən yaxşısını etməliyik. Hamı maksimum nəticə qazanmaq istəyir. Elə olur ki, pis oynayırsan, amma qalib gəlirsən. Bəzən də yaxşı oynamaq kifayət etmir və məğlub olursan".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31