29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Digər futbolçularımız da Markoya kömək etməlidi"

“Deyə bilərəm ki, çox gözəl oyun oldu. “Qarabağ” çox yaxşı komandadır. Kifayət qədər ustalıq səviyyəsi yüksək futbolçuları var. Buna baxmayaraq, biz oyunun sonuna qədər mübarizə apardıq, vuruşduq. Hər bir komanda yoldaşıma mübarizəsinə görə təşəkkürümü bildirmək istəyirəm. Biz bu gün vuruşduq, alınmadı, məğlub olduq. Amma qarşıda oyunlarımız var. “Neftçi” ilə matçda ən azı 1 xal qazanmalıyıq”
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Filip İvanoviç Topaz Premyer Liqasının 6-cı turunda öz meydanlarında “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
O, özünü “Sabah”da çox yaxşı hiss etdiyini söyləyib: “Biz yeni qurulmuş komandayıq. Buna görə, bəzən anlaşılmazlıqlar, səhvlər ola bilər. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. “Sabah”da özümü çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım, ümumilikdə, klubda çalışan hər kəs mənimlə çox yaxşı rəftar edir. Bu gün stadiona gələn həm bizim, həm də rəqib azarkeşlərə də çox sağ ol deyirəm. Ümid edirəm, hər matça bu qədər azarkeş gələcək”.
 
26 yaşlı müdafiəçinin sözlərinə görə, "Sabah”ın avrokuboklarda iştirak etmək imkanının olmaması motivasiyaya mənfi təsir etmir: “Avrokuboklar haqda düşünmürük. Ancaq növbəti oyunlarımızı fikirləşirik. Hər matça fərqli şəkildə hazırlaşırıq və oyunlara tam olaraq köklənirik”.
 
İvanoviç son olaraq, Premyer Liqada borbardirlər yarışında birinci olan komanda yoldaşı Marko Deviç haqda da danışıb: “Marko çox yaxşı hücumçudur. Ancaq digər futbolçularımız da qol vurması üçün Markoya kömək etməlidilər. Bu zaman o, daha çox fərqlənə bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31