20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Dario Federiko: "İnanmıram ki, bu, "Qarabağ"a çempionatda problem yaratsln"

"Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko "Səbail"lə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran braziliyalı öncə görüş haqda danışıb: 
 
- Böyük qələbə qazandıq. Həftəboyu bu oyunun üzərində çalışırdıq. Rəqibimizi analiz edirdik, zəif və güclü tərəflərini analiz edirdik. Məşqdə etdiyimizin hamısını çalışdıq oyunda edək. Demək olar ki, nə edəcəydiksə hamısı alındı".
 
- Hesabın erkən açılması qələbənizdə önəmli rol oynadı?
 
- Erkən qol vuracağımızı deməzdim ki, gözləyirdik. Sadəcə tapşırıq verilmişdi ki, ilk dəqiqələrdə qol vuraq. Bu da bizdə alındı. Ilk qolu vurub rahatlaşdıq, buna baxmayaraq ikinci qolu da vurduq. Ondan sonra öz oyunumizi diqtə etdik.
 
- Bu oyunda dublla yadda qaldı. Gələcək oyunlar üçün motivasiya olacaq sənə?
 
- Qol vurmaq əlavə motivasiyadı. Vurduğum iki qol da elə-belə gəlməyib, öz işimin bəhrəsidi. 
 
- Qarşıdakı tur "Sabah"la qarşılaşacaqsınız. Ilk dövrəni qalib başa vurmaq ehtimalınız var. Bu baş versə, demək olar ki, işin 1/4 hissəsini görmüş olacaqsız?
 
- "Sabah"a ciddi yanaşırıq. Rəqibi həftəboyu analiz edəcəyik. Hər şey yaxşı alınsa, istəyərdik qalib gələk və dövrəni birinci başa vuraq. Çempion kimi başa vursaq belə, hələ heç nə həll olunmayacaq. Qarşıda hələ üç dövrə də var. Öz işimizi görməliyik. Sonda nəticə özü gələcək. 
 
- "Qarabağ" qışa qədər iki cəbhədə mübarizə aparacaq. Bu sizin üçün üstünlükdü?
 
- "Qarabağ" iki cəbhədə mübarizə aparır. Məncə, onlar üstünlüyü avrokuboklara verirlər. Istəyirlər ki, orada daha yaxşı nəticə göstərsinlər. Amma inanmıram ki, bu, onlara çempionatda çətinlik yaratsın. Məncə, hər iki cəbhədə sona qədər mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30