24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aftandil Hacıyev: "Böyükhesabla məğlub olmaq yaxşı deyil"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının VI turunda səfərdə “Neftçi”yə 0-4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:
 
- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün meydanda tək “Neftçi” var idi. “Neftçi” hər zaman rəqibin səhvlərindən istifadə edib. Eyni səhvləri bizim futbolçularımız da təkrar etdilər. Müdafiəçilərimizin oyunundan narazıyam. Kintanovskinin olmaması oyunumuza təsir etdi. Ancaq bunlar bəhanə deyil.
 
- Oyuna baxanda düşünürdünüz ki, belə komandanın Premyer Liqada nə işi var?
 
- Oyunçularıma bir oyunla qiymət vermirəm. Düzdü, böyük hesabla məğlub olmaq yaxşı hal deyil. Ancaq çempionatda hər bir komandanın 4 qollu qələbə qazanmaq imkanı var.  Söhbət məğlubiyyətdən getmir, sadəcə, komandanı tanıya bilmədim. Planlaşdırdığımız bəzi şeylər alınmadı. Məğlubiyyətə görə utanmıram. Futbolçularımla fəxr edirəm. Bizi kimsə “Neftçi” ilə müqayisə edirsə, yanılır. Rəqib çempionluğa oynayan komandadır. 
 
- Oyunöncəsi son məşqinizi bu stadionda keçirməmisiniz. Bunun səbəbi nə idi?
 
- Bizə dedilər ki, meydançanın vəziyyəti yaxşı deyil. Ona görə də biz başqa variant seçmək məcburiyyətində qaldıq. Həmçinin, düşündük ki, stadion oyun üçün yaxşı vəziyyətdə olmalıdır.  
 
- Belə nəticələr gələcək taleyinizə təsir etmir?
 
- Bu oyundan sonra rəhbərliklə görüşümüz olmayıb. Ancaq bundan öncə pozitiv görüşlərimiz olub. Nə olacağını zaman göstərəcək. Mənə yaxşı komanda yaratmaq tapşırığı verilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30