25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Zirə” ilə “Sumqayıt”ın 13-cü dueli

“Zirə” Topaz Premyer Liqasının bu həftə keçiriləcək 6-cı turunda “Sumqayıt”la qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisinin cari mövsümdəki üçüncü səfər oyunu sentyabrın 30-da baş tutacaq. Bu matç rəqiblər arasında 13-cü qarşılaşma kimi tarixə düşəcək. Premyer Liqa çərçivəsindəki bu oyunlar son üç mövsümə təsadüf edib. “Qartallar” bu matçlarda üstünlüyə malikdi. Hesabında 6 qələbə olan “Zirə” 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 15 top keçirən paytaxt futbolçuları 10 qola üzülüb. “Zirə” – “Sumqayıt” matçlarının ən yaxşı bombardiri Vüsal İsgəndərlidi.

O, “Gənclik şəhəri” təmsilçisinin qapısından 3 top keçirib. Onun komanda yoldaşlarından Riçard Qadze və Sadio Tounkara, həmçinin sumqayıtlıların heyətində çıxış etmiş Mirabdulla Abbasov hərəyə 2 dəfə fərqlənib. Duellərdəki yeganə dublun müəllifi də Vüsaldı. Komandaların hərəsinin passivində bir avtoqol da var. Cari mövsümdən “Zirə”də çıxış edən Pərdis Fərcad-Azad rəqib qapısına yol tapsa, hər iki komandanın heyətində əks tərəfi məyus edən ilk oyunçu olacaq. Onun kimi, “Zirə”nin indiki baş məşqçi Samir Abasov da sabiq komandasına qarşı duelə çıxacaq. Əvvəlki 12 matçdan 11-də “Sumqayıt”a məhz Abasov rəhbərlik edib. Maraqlıdı ki, komandalar arasındakı son 5 görüşdə hər iki tərəf qol sevinci yaşayıb. “Zirə” isə 6 qarşılaşmadı meydanı qolsuz tərk etmir. 7-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstünlüyə malikdi. Hesabında 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət olan qəsəbə klubu top fərqində öndədi – 6:5.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30