20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Cavid İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar

“Sabah”ın kapitanı Cavid İmamverdiyev yubiley qeyd edib.
 
Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu, Topaz Premyer Liqasının 5-ci turunun “Səbail”lə səfər qarşılaşmasına (0:0) təsadüf edib. Onun hesabında 19 qol var.
 
İmamverdiyev ölkə çempionatlarında 2008/09 mövsümündə “Neftçi”nin heyətində debüt edib. Yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi paytaxt klubunda 143 görüşdə 13 qol vurub. Daha üç klubda oynamış Cavid “Karvan”da 25, “Sumqayıt”da 28 (6 qol), “Sabah”da 4 oyun keçirib.
 
Arxada qalan turda daha bir futbolçu - “Zirə”nin üzvü İlkin Qırtımov da 200-cü oyununu keçirib. Debütü 2009/10 mövsümünə təsadüf edən müdafiəçi “Simurq”da 123 (2 qol), “Keşlə”də 68 (3 qol), “Neftçi”də 6, “Zirə”də 3 oyuna çıxıb. Bununla da ölkə çempionatları tarixində 200 və daha çox matça çıxanların sayı 126-ya çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30