24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Qurban Qurbanov məni millidə görmək istəyirsə, mən hazıram"

“Sumqayıt”ın futbolçusu Əli Babayev “Keşlə” ilə görüş haqda danışıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
 
- “Keşlə” ilə oyunu necə dəyərləndirirsən?
 
- Biz oyuna yaxşı başladıq. İkinci yarıda bizim çox qol imkanımız oldu. “Keşlə” bir epizoddan fərqləndi. Amma biz başımızı aşağı salmadıq, qollarımızı vura bildik.
 
- Qalib gəlməyinizə nə kömək oldu?
 
- Düşüncə. Biz fikirləşdik ki, qalib gələ bilərik. Çünki yaxşı futbol oynayırq. Baş məşqçi də dedi ki, qorxulu heç nə yoxdu, qarşıda hələ 45 dəqiqə də var.
 
- “Sumqayıt”ın cari mövsümdəki məqsədi nədi?
 
- Əlbəttə ki, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hələ ki, cəmi beş tur geridə qalıb və indidən nəsə danışmaq erkəndi. Hər halda komandamızın potensialı imkan verir ki, istəyimizə çataq. Biz yaxşı futbol oynayırıq. Əgər belə davam etsək, avrokuboklara düşəcəyik.
 
- Səkkiz komandanın olduğu liqada oynamaq maraqsız gəlmir sənə?
 
- Burada oynamaq mənim çox xoşuma gəlir. Çempionatda “Qarabağ”, “Qəbələ” və “Neftçi” kimi yaxşı komandalar var. Çempionatda səkkiz komandanın olmasına isə fikir vermirəm. Ancaq oyunlarımız barədə düşünürəm.
 
- “Sumqayıt” sənin üçün elə “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”yə keçmək üçün tramplin sayıla bilər?
 
- Elə bura da ona görə gəlmişəm. Rəhbərlik də mənə bu barədə deyib. Özüm də “Sumqayıt”ın mənim üçün tramplin olmasını istəyərdim.
 
- İsraildə yaşasan da, Azərbaycanla bağlılığın var. Azərbaycan millisində oynamaq haqda düşünmüsən?
 
- Bəli, mənim babam və valideynlərim Azərbaycanda doğulub. Ancaq onlar indi İsraildə yaşayır. Əlbəttə ki, Azərbaycan yığmasında oynamaq haqda düşünmüşəm. Əgər Qurban Qurbanov məni millidə görmək istəyirsə, mən hazıram. Bilirəm ki, o, çox yaxşı məşqçidi. Fikrimcə, Azərbaycan millisinə düşə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30