24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Bu cür nəticələr nadir hallarda qeydə alınır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın  5-ci turunda evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər.

- Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. "Qarabağ”ın 2-ci heyətinin "Qəbələ”ni belə rahat məğlub etməsi sizi məyus etmir?

- Xeyr. Bu cür nəticələr nadir hallarda qeydə alınır. Məsələn, "Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu.

- Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsindən məlumatınız varmı və bu barədə onunla söhbət etmisinizmi?

- Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın çox vaxtını alır.

- Araz Abdullayev mərkəz hücumçusu kimi çox yaxşı təsir bağışladı. Forvard qıtlığında onun mövqeyini birdəfəlik dəyişmək niyyətiniz yoxdur?

- Araz universal oyunçudur. Hücumda oynamaq potensialı yetərincədir. Bu gün əlimə belə fürsət düşdü və o, özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30