18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roberto Bordin: "Hərəkətimizlə komandamızı pis vəziyyətdə qoyduq"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının V turunda səfərdə “Zirə”yə 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis öncə oyun barədə danışıb:
 
 
- Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm. Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər.
 
- İlk hissənin son dəqiqələrində rəqibin baş məşqçisi ilə konfliktiniz oldu. Buna aydınlıq gətirin.
 
- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətə qoyduq. Bu hərəkətlərimə görə peşmanam.
 
- Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?
 
- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır. 
 
- Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xətdə səhvlər edirsiniz.  Buraxılan qollar sizi narahat edirmi?
 
- Futbol müdafiə və hücumdan ibarətdir . Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30