20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan” Qəbələdə məşqə çıxdı

Bu gün Premyer Liqanın ilk turu çərçivəsində "Simurq”la üz-üzə gələcək "Rəvan” oyuna hazırlığı başa vurub. Futbolxeber.az-ın məlumatına görə, komanda dünən Qəbələdə axşam  aatlarında son məşqini keçib. Uzun yol yorğunluğunu təxminən 3-4 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər mərkəzi stadionuna yollanan "Rəvan" 1 saata yaxın müddətdə məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından "kvadrat"larla dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda asmaların qapanması və qapıya zərbələr üzərində də işləyib.

Qeyd edək ki, "Simurq” ilə matçın Qəbələdə baş tutması Zaqatala şəhər stadionunda aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədardır. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın bu gün saat 18:30-da başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30