26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Sportinq"ə sürpriz etmək istəyirik"

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, polşalı Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Sportinq"lə keçirəcəkləri oyundan danışıb: "Bakıda Lissabona səfərimiz çox uzun - 7 saat çəkir. Demək olar ki, bütün Avropanı dolaşırıq. Həmişə bu cür matçlara 1 və ya 2 gün öncə gəlirik. Belədə komandanın istirahət üçün də vaxtı olur. Bura 25 futbolçu, həmçinin təlim heyəti və masajçılarla gəlmişik. Bizdə belə bir adət var ki, oynaya bilməyən futbolçular da komanda ilə səfərə çıxırlar. Hər şey elə təşkil olunub ki, hamı bir yerdə olmalıdı.
 
"Hadisələrin gedişi göstərir ki, start heyətində meydana çıxacağam. "Sportinq"ə sürpriz etmək istəyirik. Çünki mütəxəssislərin çoxu bu görüşdə Lissabon klubunun qələbə qazanacağını gözləyir. Ümid edirəm ki, 90 dəqiqənin sonunda hədəfə çatan biz olacağıq. "Qarabağ" ardıcıl 5 ildir avrokubokların qrup mərhələsində çıxış edir. Bu il Çempionlar Liqasında bəxtimiz gətirmədiyi üçün Avroliqaya düşdük. Ancaq burada da "Arsenal" və "Sportinq" kimi ÇL səviyyəsində komandalarla düşdüyümüz üçün şanslıyıq. "Vorskla" nisbətən zəif görünür, ancaq bu cür turnirlərdə belə komandaların necə irəli getdiyini yaxşı bilirik. Xüsusilə Ukrayna klublarına qarşı daha yaxşı hazırlaşmalıyıq".
 
"Burada sizi bir qədər təəccübləndirməliyəm. Çünki baş məşqçi taktiki hazırlıqda tez-tez bizi fərqli mövqelərə qoyur. Heç də ancaq müdafiə olunmaq haqda düşünmürük. Baş məşqçimizin fəlsəfəsi elədir ki, heç kimdən qorxmuruq və bütün rəqiblərə qarşı yaxşı futbol oynamağa çalışırıq. Bunu ötən il Çempionlar Liqasında da göstərdik. Hətta "Atletiko" ilə oyunlarda topa sahib olma nisbəti bizim tərəfimizdə idi. Hər matçda eyni cür oynamaq istəyirik. "Sportinq"in üstün tərəflərini yaxşı bilirik. Portuqaliya klublarının sürətli hücumlar qurmasından xəbərimiz var. Onları dayandırmalı və topu çox bir-birilərinə ötürmələrinə imkan verməməliyik" - deyə, Yakub fikirlərini yekunlaşdırıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30