25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Joze Pezeyru: "Qarabağ"a qarşı bizi əhəmiyyətli oyun gözləyir"

"Ölkə kubokuna qələbə ilə başlamaq vacib idi. Bu, həm də yeni istiqamətin başlanğıcı oldu. Daha çox qol vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Çox yaxşı mübarizə apardıq, rəqibin hücumlarının qarşısını aldıq, onlara oynamaq üçün şans vermədik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeiru Portuqaliya Liqa Kubokunun ilk  turunda "Maritimu"ya qalib gəldikləri oyundan sonra deyib.  
 
58 yaşlı çalışdırıcı komandasının qələbə qazanmasından, heyətdəki çətinliklərdən danışıb: "Maritimu" ilə oyunda bəzi əsas heyət üzvlərini meydana buraxmaq mənasız idi. Birləşmək və inkişaf etmək məcburiyyətindəyik. Mən oynamayan, şans qazanmayan futbolçularıma güvənirəm, onlardan daha çox uyğunlaşma tələb edirəm. Nani zədəli olduğu üçün Yovane Kabrala əsas heyətdə yer vermişdim".
 
Portuqaliyalı mütəxəssis iki gün sonra komandasını Avropa Liqasında "Qarabağ"la vacib oyun gözlədiyini, həmin matçın çətin keçəcəyini vurğulayıb: "Məqsəd "Maritimu" ilə oyunu qazanmaq idi. Yaxşı mübarizə apardıq və qələbə qazandıq. İndi bizi Avropa Liqasında əhəmiyyətli oyun gözləyir. Çətin oyundan qələbə ilə ayrılmaq bizim üçün vacib olacaq.  Bəzi futbolçulara keyfiyyətlərini artırmaq üçün imkan verdim. Digərləri ehtiyatda idi, digər futbolçulara isə istirahət vermişdim". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30