19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: "Təkrarda açıq-aydın göründü ki, "Qarabağ"ın qapısına penalti verilməli idi"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının IV turunda “Keşlə”yə 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis öncə oyun barədə danışıb:
 
- Komandamın oyunundan razıyam. İlk hissədə kifayət qədər imkandan yararlana bilmədik. Ancaq sonradan yaxşı oynadıq. Əvəzlənmədən meydana daxil olan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər.
 
- 88-ci dəqiqədən sonra iki qol vurdunuz.  Buna qədər isə komanda meydanda var-gəl edirdi. Maraqlıdı, “Neftçi” 88-ci dəqiqəyə qədər harda idi?
 
- Ola bilsin ki, siz başqa oyuna baxmısınız. Mən bu fikirlə razı deyirəm.
 
- Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini dedi. “Neftçi”nin bəxt hesabına qalib gəlməsi fikri ilə razısınız?
 
- İlk hissədə imkanlarımız oldu, amma vura bilmədik. Bəxt onda gətirmiş olar ki, etdiyin bir hücum qol olar. Biz ikinci yarıda xeyli sayda qol imkanları yaratdıq və qələbəni haqq etdik.
 
- Rəhman Hacıyev uzun müddətdən sonra start heyətə qayıtdı. Onun çıxışından razı qaldınız?
 
- Razıyam. Start heyətində meydana daxil olan hər bir futbolçu ümidləri doğrultdu.
 
- Emin Mahmudovun yoxluğu komandaya necə təsir etdi?
 
- Emin çox keyfiyyətli futbolçudur, kifayət qədər təhlükəli epizodlar yaradır. Bu gün Rəhman onun mövqeyində mübarizə apardı və onun çıxışından razı qaldım. 
 
- Dario Frederiko fərdi oyuna üstünlük verir. Bu durum sizi narahat etmir?
 
- Dario ilə Dabonun yaxşı keyfiyyətləri var, onlardan razıyam. İkinci hissədə yorğunluq hiss etdiyi üçün əvəzetməyə əl atdım. Onu deyə bilərəm ki, Darionun çıxışı məni çox razı salır.  
 
- “Qarabağ” - “Sumqayıt” oyununda mübahisəli epizodlar oldu. Bunları “Neftçi”nin baş məşqçisi kimi yox, italiyalı mütəxəssis kimi necə şərh edə bilərsiz?
 
- Təkrarda açıq-aydın göründü ki, penalti var idi. O qədər aşkar idi ki, cərimə zərbəsi verməməkdən söhbət gedə bilməzdi. Çox sadə vəziyyət idi. Hakim üçün də, laynsman üçün də düzgün qərar vermək asan olmalı idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30