20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: "Bu sistemi yeritməyə məcburuq"

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IV turunda səfərdə “Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis öncə oyun barədə danışıb:
 
- İlk oyunum idi. Futbolçularımı başa düşürəm. Oyunçulara demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar.
 
- Sanki bu, sizin oyun modeliniz deyil. Adətən belə taktiki sxemdən istifadə etmirsiniz.
 
- Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. “Sumqayıt”da fərqli idi, burada fərqli. Bu gün iki oyunçumuz – Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər.  Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30