24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

İcraiyyə Komitəsinin qərarları

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 
Futbolxeber.az saytının federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra  AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilməsi qərara alınıb.
 
Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək.
 
Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.
 
Bundan başqa, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı təklif qəbul olunub. Təklifə əsasən, əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilib. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30