20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"ın qələbəsində azarkeşlərin böyük rolu oldu"

Dünən Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzan İsveçin "Gefle" klubunun müdafiəçisi Olaf Mord görüş barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, o səbirsizliklə cavab matçını gözlədiklərini bildirib: "Məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır və biz səbirsizliklə cavab matçını gözləyirik. Çünki cavab qarşılaşmasında fərqli şərait olacaq. Biz süni ot örtüyündə oynayacağıq və hava Bakıdakı kimi isti olmayacaq. "Qarabağ"la oyun çox həyəcanlı keçdi. Bu qələbədə azarkeşlərin böyük rolu oldu. Həmin gün stadion sanki cəhənnəm idi. Bəlkə də, "Qarabağ" bu mövsüm qarşılaşdığımız ən güclü komandadır. Onlar çox yaxşı və texnikalı oyun nümayiş etdirdilər. Artıq ölkə çempionatındakı oyuna bərpa olunmalıyıq. Ardından isə "Qarabağ"la cavab matçına köklənməliyik".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30