29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" ilə oyundan sonra Qurban Qurbanov 10 ay şans vermədi mənə"

“Qarabağ”ın sabiq qapıçısı Boyan Şaranov Futbolxeber.az saytına açıqlama verib.

Hazırda “Lamiya” klubunda çıxış edən 30 yaşlı kiper “Qarabağ”dakı vaxtlarından danışıb: “Qarabağ”dan ayrılandan sonra Serbiyaya yollanmışdım. Ora yollananda 10 ay idi ki, oynamırdım. “Qarabağ”da oynamadım deyə iki addım geriyə düşdüyümü deyə bilərəm. Amma bu klub həqiqətən də yaxşı klubdu.

Mənim vaxtımda komandada İbrahim Şehiç dayanırdı qapıda. “Qarabağ”da çox da şans görmədim. Necə oldu? Əslində hər şey “Qəbələ” ilə oyundan sonra olmuşdu. Həmin oyunda etdiyim səhvlər mənə baha başa gəlmişdi. Qurban Qurbanov həmin oyundan sonra 10 ay mənə şans vermədi. İstənilən halda mən oynamalı idim. Peşəkarlıq göstərib əvəzedici heyətdə oyunlara çıxırdım. Çünki futbolsuz qala bilməzdim. Şadam ki, indi yenidən yaxşı durumdayam və Yunanıstadanda çıxış edirəm”.

“Komandanın Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasına sevindim. İnanıram ki, komanda istədiyi kimi uğurlu çıxış edəcək. “Qarabağ”a qrup matçlarında uğurlar arzu edirəm” – deyə, Şaranov fikirlərini yekunlaşdırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31