19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ" üçün bəd xəbər

"Qarabağ" ciddi itkiylə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.
 
Belə ki, Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alan 24 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Zədəsi cağır olmayan Slavçev 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə açıqlama verən yarımmüdafiəçi durumu ilə bağlı danışıb:
 
"Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".
 
Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib:
 
"Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30