29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maksim Medvedev: "İşimiz bir az çətinləşdi"

Milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının 2-ci turunun Malta ilə səfər oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli futbolçu əvvəlcə heç-heçəni şərh edib.
 
 
- Bura 3 xal dalınca gəlmişdik. Amma oyun istədiyimiz kimi getmədi. Rəqibi yaxşı analiz edib, oyuna ciddi hazırlaşmışdıq. Qapımızda qol görməməyə çalışırdıq. Təəssüflər olsun ki, rəqib penaltidən hesabı açdı. Amma sonradan heabı bərabərləşdirə bildik. Qələbə topunu vurmaq üçün vaxtımız var idi. Hücumda bir az daha aqressiv oynasaydıq, istəyimizə çata bilərdik. Buradan 3 xalla qayıtmaq üçün 1 qol çatmadı. Qarşıda oyunlar var. Riyazi olaraq, əsas rəqiblərimizə çata bilərik. İnanıram ki, növbəti matçlarda daha yaxşı oynayıb, lazım olan xalları qazanacağıq.
 
- Sizə elə gəlmirmi ki, komanda hücumda çox “dişsiz” görünürdü?
 
- Ola bilər, komanda qələbə topunu vura bilmədi. Amma bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Çünki hücumda oynayan uşaqların çıxışını ancaq o, analiz edə bilər. Mən onların komanda yoldaşıyam. Əlbəttə, istərdik ki, qalib gələk. Təəssüf ki, alınmadı.
 
- Sizcə, qələbəyə layiq idiniz?
 
- İnanıram ki, Azərbaycan Maltadan daha üstün komandadır. 60-cı dəqiqədən sonra rəqibin bəzi futbolçuları ayağını tutub uzanırdı. Vaxtı uzadıb, oyunun tempini öldürürdülər. Bu isə motivasiyamızı psixoloji cəhətdən aşağı salırdı. Buna görə də istədiyimizi əldə edə bilmədik.
 
- Bu gün Kosovo evdə Farer adaları üzərində qələbə qazandı...
 
- Eşitmişik, 2:0 hesablı qələbə qazanıblar. Ona görə də işimiz bir az çətinləşdi. Amma yenə də Kosovo ilə səfərdə oyunumuz olacaq. Hər şey öz əlimizdədir (qol.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31