20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Araz Abdullayev: "Qarabağ"ın sözünü deyəcəyinə inanıram"

“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdı. Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacağam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Araz Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. Ağdam təmsilçisinin transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan 2 illik icarə əsasında heyətinə qatdığı yarımmüdafiəçi keçidiylə bağlı fikirlərini bölüşüb:
 
“Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, ancaq komanda şəklində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram”.
 
Abdullayev “9” nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəyəm”.
 
Araz sonda azarkeşlərə də səslənib: “Qarabağ”ın azarkeş ordusu çoxdur, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, öz oyunumla onları da sevindirməyə çalışacağam. Bizi sona qədər dəstəkləsinlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30