19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Malta ilə görüşdə qələbə qazanmaqdan başqa çarəmiz yoxdu"

“Kosova ilə oyunun birinci yarısı gözlənilənlərin çox altında idi. Daha doğrusu bir az utancverici idi”.

Bunu Futbolxeber.az saytına açıqlamasında milli komandamızın keçmiş müdafiəçisi Saşa Yunisoğlu deyib.

O, milli komandamızın Kosova ilə görüşdə uğurlu çıxış etmədiyini söyləyib. Bununla yanaşı Malta ilə keçiriləcək görüşdə milli komandamızdan hansı nəticəni gözlədiyini də söyləyib: “Ardıcık üç ötürmə verə bilməyən və bu ötürmələri də qəbul edə bilməyən komandadan uğurlu nəticə gözləmək yalnız arzu ola bilərdi. Oyunun ikinci yarısı daha maraqlı keçdi, millimiz sanki oynadı və bir az özünə gəldi. Təəssüflər olsun ki, oyunda qol olmadı, qalib gələ bilmədik. Ancaq qalib gəlməyə borclu idik.

Malta ilə oyuna gəldikdə isə iki gün öncəki oyunun və uzaq səfərin yorğunluğu öz sözünü deyəcək. Malta ilk oyunda gözlənilmədən Farer adalarına uduzduqlarına görə millimizi məğlub etməyə çalışacaq. Malta bizim üçün hər zamna uyğun olmayan rəqib kimi tanınıb”.

“Əgər futbolçularımız meydançadakı məsuliyyətlərini və onlardan gözlənilənləri dərk edib meydançaya çıxsalar Maltaya qalib gələ bilərik. İlk dəqiqədən sona kimi mübarizə aparmaq şərtdi. Orta xətt və hücumda oynayan oyunçular daha yaradıcı olmalı, müdafiə isə daha diqqətli olmalıdı. Kosova ilə görüşdə millimizin bəzi üzvləri səviyyələrindən çox aşağı çıxış etdi. Bu da qapımız qarşısında təhlükəli vəziyyətlərin yaranmasına, hücumda isə dişsiz oyuna gətirib çıxarmışdı. Qələbə qazanmaqdan başqa çarəmiz yoxdu. Bizim milli qrupun favoritidi. Əksini düşünmək bizə yaraşmaz. Azarkeşlərin millimizdən qrupu birinci yerdə bitirməsini gözləməsi isə təbii haldı. Kosova ilə matçdakından fərqli heyət görəcəyimizi düşünmürəm. Səfərdə oynayacağımız üçün bəlkə də bir hücumçu ilə oynadıq” – deyə, Saşa Yunisoğlu fikirlərini yekunlaşdirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30