24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”

“Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidi”.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 2-ci turunun Malta ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularına güvəndiyini bildirib: “Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər.

Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik.

Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30