20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Çox yaxşı məlumat topladıq”

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” və “Zirə” arasında yoxlama oyunu (0:2) keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov oyun barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Bu yoxlama oyunu inkişaf baxımından bizim üçün çox vacib idi. Çempionatda yaranan fasilə dövrü üçün məşq prosesi, oyun, ardınca hazırlıq və 2-ci yoxlama görüşündən ibarət proqram qurmuşduq. MOİK-lə ilk sınaq matçında demək olar ideal futbol oynamışdıq. Həm gənclər, həm də təcrübəli futbolçuların çıxışından razı qalmışdım. Bu dəfə ikinci hissədəki oyun məmnun qaldım. Futbolçuların daha hərəkətli olması, pressinq etməsi, top saxlaması lazım idi ki, bunu da fasilədən sonra gördüm. Ümumilikdə yaxşı ikinci hissə izlədik. Oyundan sonra futbolçulara bir günlük istirahət verib, sonra hazırlıqlara davam edəcəyik”.

9 futbolçusu müxtəlif yığmaların heyətində olan “Qəbələ”nin əsas komandasına U-19-un bəzi üzvləri də cəlb olunub. Qurbanov gənc oyunçuların yoxlama matçlarındakı çıxışını da dəyərləndirib: “9 futbolçumuzun müxtəlif milli komandalarda olması bizim üçün fəxrdir. Hazırlıq prosesinə gənc oyunçuları cəlb etdik. Onları yoxlama matçlarında da sınamaq imkanımız yarandı. Çox yaxşı məlumat topladıq. MOİK-lə qarşılaşmada gənc futbolçular yaxşı təsir bağışladı. Bugünkü görüşdə də özünü yaxşı tərəfdən göstərən oyunçular oldu. Belə davam etsələr, onların bəziləri əsas heyətdə yer almağa başlayacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30