20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Zirə”yə məğlub oldu

“Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib. 4 gün öncə I divizion təmsilçisi MOİK-i 4 cavabsız qolla məğlub edən Sənan Qurbanovun yetirmələri qəsəbə klubu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda qarşılaşıb.

“Qəbələ” oyuna aşağıdakı start heyəti ilə başlayıb: Dmitri Bezotosnı, İlqar Qurbanov, Elvin Camalov, Vojislav Stankoviç, Abbas Ağazadə, Asif Məmmədov, Roman Hüseynov, Samir Qurbanov, Ceyms Adeniyi, Əli Sadıxov, Stiven Monroz.

Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısında paytaxt təmsilçisi iki qol vurub. Adrian Skarlatake 31-ci, Vüsal İsgəndərli 40-cı dəqiqədə fərqlənib. Fasilədə və ikinci hissənin gedişində hər iki komanda oyunçu dəyişikliklərindən istifadə edib. “Qırmızı-qaralar”ın heyətində Faiq Hacıyevlə Rüstəm Nuriyev meydana daxil olub. Lakin komandaların səylərinə baxmayaraq, ikinci hissədə hesab dəyişməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30