18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vedat Muriki: "Azərbaycandan aldığımız bir xal dəyərlidi"

Kosova millisinin forvardı Vedat Muriki Azərbaycanla oyun haqda danışıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
- Görüşü necə dəyərləndirəcəksən?
- Bizim üçün çətin keçdi. Azərbaycanın favorit olduğunu bilirdik. Yaxşı mübarizə apardıq. Azərbaycandan qopartdığımız bir xal bizim üçün dəyərlidir. 3 gün sonra evdə Farer adaları ilə oyunumuz var. Bu bir xalı qiyməti etmək üçün doğma meydanımızda qalib gəlməliyik.
 
- 1 xala razı kimi görünürsüz.
- Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Azərbaycan da yaxşı komandadır. Bir xal bizim üçün yaxşıdır. İnşallah, Farer adalarına evdə qalib gələrik.
 
- Gözlədiyiniz Azərbaycan komandasını meydanda gördünüz?
- Gözlədiyimiz komandanı gördük. Rəqibimizi kimsə kiçiltməyib. Analizlər etmişdik, ona görə də deyirəm ki, bu bir xal çox dəyərlidir.
 
- Cavab matçında Azərbaycanı məğlub edə bilərsiz?
- O zamana qədər yaxşı çalışsaq, niyə də olmasın?! Biz doğma divarlar arasında oynayacağıq. Azarkeşlərimizin güclü dəstəyi olacaq. Bu dəstək çox önəmlidir. Orada yəqin fərqli çıxış edəcəyik.
 
- Burada əldə edilən bir xal Kosovonu favorit etdimi?
- Təqvimə baxsaq, elə görünə bilər. Son matçımız Azərbaycanla oynayacağıq. Farer adaları və Malta ilə matçlarda maksimum nəticə ilə ayrılsaq, belə qənaətə gəlmək olar. Azərbaycanla cavab matçında əlimizdən gələni edəcəyik.
 
- Millimizdən hansı futbolçu daha təhlükəli idi?
- Meydanda bunu hiss etmək bəzən çətin olur. Meydandan kənarda bunu rahat görmək olur. Amma Kamran Ağayevlə Türkiyədə "Girəsunspor"un şərəfini qoruduğum vaxtlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Kamranı ordan tanıyırdım.
 
- Hər iki komanda ilk oyunda bir-birindən çəkindi.
- İlk matç belə olur. Nəyin gözlədiyini bilmirdik. Bir xal yaxşı nəticə sayılmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30