29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Hamımız Ziya Əzizovun arxasındayıq" - MÜSAHİBƏ

21 yaşlılardan ibarət yığma komandamızın müdafiəçisi Yusif Nəbiyev Futbolxeber.az saytına müsahibə verib:

 

- İsrail yığması ilə görüşdə hesabı erkən açsanız da matç bərabərə başa çatdı. Görüşü necə dəyərləndirəcəksən?

- Yaxşı oyun alındı. Çalışırdıq ki, qələbə qazanaq. Ancaq olmadı.

- Qələbə qazanmağınıza nə mane oldu?

- İsraillə görüşdə qələbəyə yaxın odluq. Ancaq demək ki, qismət deyilmiş. Qarşıdakı oyuna hazırlaşmalıyıq.

- Penalti epizodu oyunun yaddaqalan anlarından oldu. Zərbədən öncə qol olacağını düşünürdün?

- Fəhmin Muradbəyli penalti qazanandan qol vurub önə keçmək şansımız artdı. Oyunun sonları idi deyə şansımız daha çox olacaqdı. Ancaq təəssüf ki, alınmadı. Bu futboldu, olur belə şeylər.

- Oyundan sonra Rəşad Sadıqov sizə nələri irad bildirdi?

- Adətən oyundan sonra oyun barədə çox danışılmır. Məşqçilərimiz oyunu analiz edib nəyi düz, nəyi səhv etdiyimizi bizə çatdıracaq.

- Ziya Əzizova necə, komanda olaraq dəstək oldunuz?

- Ziya penali vura bilmədi deyə, heç kim ona heç nə demədi. Bu futboldu da, ulduzlar da penaltini qaçırır. Bu gün vura bilmədi, növbəti dəfə vurar. Biz bir ailəyik, bu gün hamı Ziyanın arxasındadı. Ziya yox bütün komanda vura bilmədi penalı.

- Qarşıda yığma komandamızı Norveçə qarşı oyun gözləyir. Qrupda ilk qələbənizi bu görüşdə qazanacağınıza inanırsız?

- Bəli, Norveçlə oyunumuz var. Bizi çətin matç gözləyir. Əlbəttə ki, Norveçlə oyunda komanda şəklində əlimizdən gələni edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31