19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Hesab edirik ki, Azərbaycanla oyunda qələbə qazanacağıq”

Millimizin UEFA Millətlər Liqasındakı rəqibi Kosovo millisi komandamızla oyunun hazırlıqlarına start verib.

Futbolxeber.az-ın məlumatına görə, yığmanın bəzi üzvləri məşqdən sonra millimizlə Bakıda keçiriləcək matçla bağlı federasiyanın rəsmi saytına açıqlama veriblər.

Kosovo millisinin hücumameylli yarımmüdafiəçisi Edon Jeqrova səfərdə yaxşı nəticəyə ümid etdiklərini bildirib: “Məşq şəraiti qənaətbəxşdir. Yaxşı komandamız var. İşlər böyük fədakarlıqla aparılır və mən yaxşı nəticələrə inanıram. Millətlər Liqasında keçirəcəyimiz hər iki oyuna tam hazıram. Bizdən gözlənilən hər şeyi edəcəyik. Çünki yalnız qrup liderləri pley-off-a vəsiqə qazana bilərlər”.

Yığmanın digər yarımmüdafiəçisi Milot Raşitsa da həm Azərbaycan, həm də Malta ilə matçlarda uğur qazanmaq istədiklərini söyləyib: “Dünən və bu gün məşq etmişik. Hər iki oyunu xeyirimizə başa vurmaq üçün hazırlığımızı davam etdiririk. Psixoloji durumum yaxşıdır. Ötən həftə sonu qol vurmağım məni daha da motivasiya edir”.

Komandanın orta xətt oyunçusu Hekuran Kryueziu qarşıdakı oyunların əhəmiyyətini dərk etdiklərini deyib: “Maksimum dərəcədə yaxşı şəraitdə hazırlaşırıq. Komandada atmosfer əladır. Hamımız oyunların önəmini anlayırıq. Ona görə də əlimizdən gələn hər şeyi edəcəyik. İnanıram ki, yolumuza davam edə biləcəyik”.

Kosovo millisinin müdafiəçisi Amir Rrahmani də hər iki oyunda qələbə qazanacaqlarına inanır: “Hazırlıq yaxşı gedir. Artıq 2 gündür məşq edirik. Azərbaycanla oyuna kimi daha 2 məşqimiz olacaq. Nə istədiyimizi bilirik. Bütün diqqətimizi bu oyunlara yönəltmişik və hesab edirik ki, qələbə qazanacağıq. Qrupda ilk yeri tutan növbəti mərhələyə adlayacaq. Maksimum gücümü ortaya qoymağa hazıram”.

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30