26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" rəsmisi: "Püşkatmasının nəticəsini münasib saymaq olar"

“Püşkü münasib saymaq olar. Ən az I mərhələdə təşkilatı baxımdan hər iki komanda üçün asan olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a UEFA Gənclər Liqasının İsveçrənin Nyon şəhərində keçirilən püşkatmasında iştirak edən "Qəbələ"nin Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.

Püşkə əsasən, AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi yarışa qatılan “Qəbələ” komandası I mərhələdə Moldovanın “Şerif” kollektivi ilə qarşılaşacaq. Əyalət təmsilçisinin rəsmisi bildirib ki, Azərbaycan və Moldova arasında viza prosedurunun olmaması və ölkələr arasında məsafənin az olması müsbət amildir: “Moldova bizə yaxın ölkədir. "Şerif" klubunda uşaq futbolu ilə məşğul olan şəxslərlə əvvəlki turnirlərdə tanışlığımız olub”.

N.Kərimov yarış ərəfəsində heyəti gücləndirmək üçün bir və ya iki yerli oyunçu götürəcəklərini deyib: “Heyəti gücləndirmək baxımından çətinliyimiz yoxdur. Legioner götürmək haqqında fikirləşmirik. Ola bilər ki, bir və ya iki yerli oyunçu götürək. Məqsədimiz öz futbolçularımıza təcrübə qazandırmaqdır”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. "Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də səfərdə keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30