24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

“Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” MOİK-lə üz-üzə gəlib.

Qarşılaşma “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı “11-lik”lə başlayıb: Aqil Məmmədov, Abbas Ağazadə, Faiq Hacıyev, Elvin Camalov, Roman Hüseynov, Vojislav Stankoviç, Rasim Ramaldanov, Ceyms Adeniyi, Stiven Monroz, Əli Sadıxov, Samir Qurbanov.

I divizion təmsilçisi ilə görüş “qırmızı-qaralar”ın üstünlüyü şəraitində keçib. Lakin komanda ilk hissənin sonlarına qədər hesabı aça bilməyib. 35-ci dəqiqədə Ceyms Adeniyi Bakı klubunun qapısına yol tapıb. Bu qoldan üç dəqiqə sonra Əli Sadıxov fərqlənib - 2:0. Fasilədə və ikinci hissənin gedişində komandalar bir neçə oyunçu dəyişikliyi gerçəkləşdirib. “Qəbələ”də Rüstəm Nuriyev, İdris İnqilablı və Vüsal Məsimov meydana daxil olub. Fasilədən sonra “Qəbələ” daha iki qol vurub. Stiven Monroz fasilədən az sonra fərqi artırıb - 3:0. Hissənin ortalarında isə Samir Qurbanov 4-cü topu bakılıların qapısından keçirib.

Beləliklə, “Qəbələ” MOİK üzərində 4:0 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar” sentyabrın 8-də “Zirə” ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30