16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: “Hamının qələbə gözləməsi məsuliyyəti artırır”

"Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdir. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirən mütəxəssis AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib:

"Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır".

Qeyd edək ki, yığmamız Millətlər Liqasına Kosovo ilə oyunla start verəcək. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30