25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Yenidən Azərbaycan millisində oynaya bilərəm"

“Almaniya ilə qarşılaşmada milli komandamızın baş məşqçisi Robert Prosineçki məni orta sahədə oynatmaq istədi. Ancaq bu, mənim üçün uyğun mövqe deyildi. Ona görə də, aramızda anlaşılmazlıq oldu”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Dəniz Yılmaz deyib. 
 
Türkiyənin “Gənclərbirliyi” klubunda çıxış edən hücumçu yenidən Azərbaycan milli komandasında oynaya biləcəyinə işarə vurub: “Bilirəm ki, milli komandada hər şey dəyişib.  Dəvət alacağım təqdirdə, yenidən Azərbaycan millisində oynaya bilərəm.  Mənim üçün Azərbaycan kitabı bağlanmayıb”.
 
Forvard milliyə qayıtmaq üçün klubda daha yaxşı oyun sərgiləməyin lazım olduğunu xatırladıb: “Əlbəttə, milliyə dəvət almaq üçün oynadığın klubda özünü göstərməlisən. Mən də bunun üçün çalışacağam. Öz gücümə güvənirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30