23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Keşlə" Bakıda fərqli oyun nümayiş etdirdi" - MÜSAHİBƏ

Avropa Liqasının birinci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan "Baltsan" mərhələ adlamağı bacardı. Rəqibin heyətində çıxış edən futbolçulardan biri əsasən Azərbaycan komandalarına qarşı təcrübəlidi. Malta millisinin də forvardı olan Alfred Efyonq matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Maltada 4:1 hesablı qələbədən sonra sizin üçün bu qədər çətin olacağını gözləyirdiniz?
- İki fərqli oyun oldu. “Keşlə”yə evdə 4:1 hesabı ilə qalib gəlsək də, biz onlara hörmətlə yanaşırdıq. “Keşlə” Azərbaycanın böyük klublarındandı. İlk oyunda baş məşqçimizin tapşırıqlarını yerinə yetirib, nizam-intizamlı oynayıb qalib gəldik. Bununla yanaşı anlayırdıq ki, bu hələ son deyil. “Keşlə”dən Bakıda yaxşı oyun gözləyirdik. Belə də oldu, oyun bizim üçün çətin alındı. Bu cür istidə oynamağa öyrəşməmişik. Maltada da hava isti keçir, ancaq burada nəmişlik var. Fikrimcə, hər iki komanda yaxşı futbol göstərdi.
 
- “Keşlə” sizi nə ilə təəccübləndirdi?
- Rəqibimiz güclü idi. Biz bunu meydanda gördük. İki il əvvəl Azərbaycanda olmuşduq. O zaman rəqibimiz “Neftçi” idi. Bakıda qalib gəlsək də, mərhələ adlaya bilməmişdik.
 
- Həminki “Neftçi” ilə indiki “Keşlə”ni necə müqayisə edərdiniz?
- İki fərqli oyun olmuşdu. “Neftçi” də Maltada fərqli, Bakıda fərqli oynamışdı. “Keşlə”də isə fərqi oldu. Cavab görüşündə “Keşlə” çox yaxşı oyun göstərdi.
 
- Azərbaycan komandalarına qarşı böyük təcrübəniz var. Malta millisinin də heyətində Azərbaycana qarşı keçirilən (2:2) matçda qol da vurmusuz...
- Milli formasında oyunlar hər zaman fərqli olur. Oyunçular milliyə fərqli klublardan gəlir. Azərbaycana qarşı oyundan yaxşı xatirələrim qalıb. Azərbaycan futbolu hazırda inkişafdadı. O vaxtı biz Bakıda Azərbaycana uduzub, evdə heç-heçə oynamışdıq.
 
- Yaxın vaxtlarda Millətlər Liqası çərçivəsində Azərbaycan millisinə qarşı oynayacaqsız. Millətlər Liqasında gözləntiləriniz nədi?
- Maltada futbolda irəliyə addım ata bilib. Bizdə çox perspektivli gənclər var. Üstəlik yeni baş məşqçimiz var. O, əla iş görür. Millətlər Liqasının oyunlarında mübarizəmizi aparacağıq. 
 
- Azərbaycanla görüşlərdə qələbə qazana biləcəyinizi düşünürsən?
- Futbolda hər şey mümkündü. Biz hər oyunda qələbə üçün oynayacağıq. Bizim ölkədə də futbol inkişaf edib. 
 
- Malta yığmasının əsas rəqibi Kosovadı, yoxsa Azərbaycan?
- Hər komanda özünə görə güclüdü. Elə bir milli yoxdu ki, mübarizə aparmadan qalib gələ biləsən. Hər şey 90 dəqiqə ərzində meydanda həll olunur. Həmin gün nə dərəcədə hazırsansa,  da baş verir. Ən güclü rəqibə də qalib gəlmək olar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30