19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Karapetyanı Azərbaycana aparmamağı bizə heç kim qadağan etməmişdi"

“Proqress”in baş məşqçisi Paolo Amodio “Qəbələ” ilə oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Lüksemburq təmsilçisinin çalışdırıcısı təmsilçimiz üzərindəki 2:0 hesablı qələbədən də söz açıb: “Azərbaycandakı qələbəyə görə futbolçularıma təşəkkür edirəm. Güclü rəqibə qarşı çətin oyun oynadıq. Yolumuz da kifayət qədər uzaq idi. Amma bütün problemlərə görə biz qalib gəlməyi bacardıq.

Futbolçularım anlayır ki, hələ heç nə bitməyib. Biz yalnız cəmi ilk oyunda qalib gəlmişik, hələ qarşıda cavab görüşü var. Futbolçularıma bildirmişəm ki, ilk oyunun 0:0 bitdiyini düşünsünlər”.

45 yaşlı mütəxəssis Aleksandr Karapetyanın ilk görüşdə iştirak etməməsinə də toxunub: “Siyasət futbola qarışmamalıdı. Karapetyana oyuna çıxmasa da, komanda ilə birlikdə Qəbələyə yollana bilərdi. O, tribunada oturub komandaya dəstək ola bilərdi. Heç kim bizə onu Azərbaycana aparmağı qadağan etməmişdi. Sadəcə qərara aldıq ki, Karapetyan Azərbaycana getməsə yaxşıdı. Cavab görüşündə təbii ki, Karapetyan oynayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30