23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Neftçi" azarkeşlərinə səsləndi

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Uypeşt”lə keçirəcəyi cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdəki “Ferens Susa” stadionunda baş tutacaq görüşlə əlaqədar UEFA və rəqib klubdan zəmanət məktubu almadığını açıqlayıb. 
 
“Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi “Uypeşt”ə, UEFA-ya və müvafiq qurumlara müraciət edilib.
 
Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. “Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir.
 
Bu səbəbdən, indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək” deyə müraciətdə bildirilir.
 
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Neftçi” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30