28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Mənim üçün bu komandaya uyğunlaşmaq çətin olmadı"

"Toplanışımız yaxşı keçir. Hər şey öz qaydasındadı. Komandada atmosfer də yaxşıdı, bütün uşaqlar həvəslə məşq edir".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Səbail"in yeni transferi Rahid Əmirquliyev deyib.

Türkiyədəki toplanış zamanı "Gənclərbirliyi" komandası ilə qarşılaşan Premyer Liqamızın təmsilçisi meydandan məğlubiyyətlə ayrıldı. Əmirquliyev həmin görüşü belə şərh edib: "Toplanışda birinci oyunumuz idi. Özü də komanda hələ tam komplektləşməyib. Oyun bizim üçün çətin keçdi. Rəqib bizdən üstün oyun nümayiş etdirdi. Biz toplanışa yeni gəlmişik, rəqib komanda isə çoxdandı ki, toplanışdadı. İndiki vəziyyətdə "Gənclərbirliyi" bizdən daha yaxşı hazır idi. Yoldaşlıq görüşü olduğuna görə bu məğlubiyyət bizə təsir edə bilməz. Toplanışlarda belə şeylər olur".

"Qarabağ"dan ayrıldıqdan sonra "Səbail"lə anlaşan Əmirquliyev komandada özünü yaxşı hiss etdiyini bildirib: "Özümü çox yaxşı hiss edirəm. Komandaya da tam uyğunlaşmışam. "Səbail"dəki uşaqların çoxu ilə əvvəlcədən də tanış idim. Ona görə də mənim üçün bu komandaya uyğunlaşmaq çətin olmadı".

"Düzdü, "Qarabağ" qələbə qazanıb səfərdə. Onları bu qələbə münasibətilə təbrik edirəm. Ancaq rahatlaşmaq olmaz. Bakıda onlar üçün Sloveniyadakı oyundna da çətin olacaq. Amma mən inanıram ki, "Qarabağ" növbəti mərhələyə çıxacaq" - deyə, Əmirquliyev fikirlərini yekunlaşdırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31