25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Kəpəz" pulumu verməsə, FİFA-ya müraciət edəcəm"

"Kəpəz"dən ayrıldıqdan sonra "Ventspils"dən təklif gəldi. Bilmirəm oyunumu harada görüblər, "Samtrediya"da, yoxsa "Kəpəz"də. Əsas odu ki, dəvət etdilər, danışdıq, razılaşdıq".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Kəpəz"in sabiq futbolçusu, hazırda isə "Ventspils" forması geyinən Guili Mancqaladze deyib.

Gürcü futbolçu "Kəpəz"in ona borclu olduğunu da bildirib: "Azərbaycandan ayrılanda "Kəpəz" mənə borclu qaldı. Onlar iki ayın maaşını verməlidi. Söz veriblər, ancaq hələ pulumu göndərməyiblər.

İnanıram ki, verəcəklər. Çünki yoxsa onların FİFA ilə problemi olacaq. Onların bunu istədiyini düşünmürəm. Onsuzda mən pulumu alacam. Yerlilərin hamısına pul veriblər, legionerlərdən başqa. Əgər "Kəpəz" pulumu verməsə, onlardan pulumu almağın yollarını axtaracam. FİFA-ya müraciət edə bilərəm. Görək necə olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30