20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Biz "Neftçi"yə 0:5 uduzmamışıq, növbəti mərhələ şansımız var"

“Uypeşt”in forvardı Soma Novotnı “Neftçi” ilə matçdan sonra jurnalistlərə açıqlama verib.
 
Futbolxeber.az saytına da danışan macar forvard növbəti mərhələ şanslarının hələ olduğunu bildirib:
 
“Biz oyuna yaxşı başlamışdıq. İlk qolu da biz vurduq. Ancaq ondan sonra “Neftçi” meydanda dominantlıq etməyə başladı. Bizim üçün çox çətin oldu. Çünki səyahətimiz asan olmamışdı. Çox çətinliklə üzləşdik bura gələnə qədər. Üstəlik iki oyunçumuz viza məsələsinə görə Azərbaycana gələ bilmədi. Bu da öz təsirini göstərdi oyunumuza. İlk dəfədi ki, belə isti havada oynayırdıq.
 
Oyundan öncə məşq də keçə bilmədik. Bu işimizi daha da çətinləşdirmişdi. Macarıstanla müqayisədə hava çox fərqlənir. Mən deməzdim ki, hava əsas amil oldu. “Neftçi” bizdən yaxşı idi və mən onları təbrik edirəm. Növbəti oyunda vəziyyət fərqli ola bilər.
 
Fiziki hazırlığımızın pis olduğunu deyə bilmərəm. Sadəcə olaraq səkkiz saatlıq səyahətimiz öz təsirini göstərdi. Səyahətlə bağlı daha heç bir şey deməyəcəm. Ola bilər ki, mənim klubum sözlərimə görə xoşbəxt olmasın.
 
Şanslar? Biz “Neftçi”yə 0:5 uduzmamışıq. Bu futboldu, hər şey ola bilər. Düzdü, “Neftçi”nin böyük üstünlüyü var. Amma biz özümüzə inanmalıyıq və növbəti oyunda qalib gəlməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30